Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2011-ci il tarixli 26- IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanları və normativ xarakterli aktlar qəbul edən orqanlar tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara müraciət edir.

Bu müraciət yerinə yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində rədd edilmiş və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana qaytarılmış, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyinə, yaxud aidiyyəti orqanlarla razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər təqdim edilməməsinə görə Dövlət Reyestrinə daxil edilməsindən imtina olunmuş və müəyyən edilmiş müddətə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.

 
N
Sənədin adı
Qəbul edən orqan
Tarix
Nömrə
No data to display
 









 
     
 

  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi © 2011