“Mənəvi Dəyərlər Fondu”nun

yaradılması haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

S Ə R Ə N C A M I

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində “Mənəvi Dəyərlər Fondu” yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

Naxçıvan Muxtar Respublikası

         Ali Məclisinin Sədri                                          VASİF  TALIBOV

 

 

Naxçıvan şəhəri, 28 dekabr 2017-ci il

№ 205-05/S