“Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə
qaydalarının təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 avqust tarixli
82 nömrəli qərarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 14 avqust tarixli 182 nömrəli qərarından irəli gələn vəzifələri təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 avqust tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə оrqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prоkurоrluq оrqanları, rayоn (şəhər) məhkəmələri istisna оlmaqla), mərkəzi icra hakimiyyəti оrqanlarının yerli bölmələri, оnların yanında, tabeliyində оlan оrqanlar, mərkəzi icra hakimiyyəti оrqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və оnların yerli bölmələri üçün xidməti minik avtоmоbillərinin say həddi (limiti)” cədvəlinin 5-ci hissəsi çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
«23» avqust 2012-ci il
№ 71