Naxçıvan Muxtar Respublikası ərazisində bərk məişət

tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi

xidmətlərinin tariflərinin (qiymətlərinin)

təsdiq edilməsi barədə

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

«Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli 05 nömrəli qərarından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası ərazisində bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri (qiymətləri) bu qərarın əlavəsinə uyğun olaraq təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi (şəhər) rayon icra hakimiyyətləri ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu qərar 2011-ci il dekabrın 1-dən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

               Baş naziri:                                                             Ə.Baxşıyev

 

 

 02 dekabr 2011-ci il

 

№ 100

 

 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər

Kabinetinin 2011-ci il «02» dekabr tarixli

100 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikası ərazisində bərk məişət

tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi

xidmətlərinin tarifləri  (qiymətləri)

 

 

Xidmət növü

İstehlakçı qrup

Ölçü vahidi

Tariflər (ƏDV ilə manatla)

1

Bərk məişət tullantılarının yığılması, daşınması

1. əhali üzrə

1 nəfər

0,30 (aylıq)

2. qeyri-əhali üzrə

1m 3

10,00

1ton

45,50

2

Bərk məişət tullantılarının

zərərsizləşdirilməsi

1m 3

1,20

1 ton

5,50