«Naxçıvan Muxtar Respublikasında inzibati orqanların
Təsnifatı»nın təsdiq edilməsi haqqında» Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 05 sentyabr
tarixli 69 nömrəli qərarında dəyişiklik edilməsi barədə
NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I
«Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 28 iyun tarixli 20- IV FR nömrəli Fərmanının 8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 05 sentyabr tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı»nın II bölməsinin 13.1- ci bəndi aşağıdakı redaksiyada verilsin:
13.1 |
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında; |
13.1.1 |
Dövlət Əmək Müfəttişliyi Xidməti |
13.1.2 |
Dövlət Məşğulluq Xidməti |
13.1.3 |
Dövlət Sosial Təminat Xidməti |
13.1.4 |
yerli bölmələr |
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
01 iyul 2011- ci il
№ 68