Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının
tərkibinin təsdiq edilməsi haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
Q Ə R A R I
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 25 oktyabr tarixli 90-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 16-cı bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi aşağıdakı qaydada təsdiq edilsin:
Kollegiyanın sədri
- Komitənin sədri
Kollegiyanın üzvləri
- Komitə sədrinin müavini
- Aparatın rəhbəri
- Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri
- Uşaq problemləri şöbəsinin müdiri
Naxçıvan Muxtar Respublikasının
Baş naziri Ə.Baxşıyev
19 iyul 2011- ci il
№ 72