Naxçıvan Muxtar Respublikasının yanacaqdoldurma

məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

 

Q Ə R A R I

 

«Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 iyul tarixli 111 nömrəli qərarından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası ərazisindəki yanacaqdoldurma məntəqələrində xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası tərəfindən Dövlət reyestrinə daxil edilən, o cümlədən çek vermədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilsin.

2. Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunmalıdır.

3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu qərarın 1-ci bəndinin tələblərini nəzərə alaraq muxtar respublika ərazisindəki yanacaqdoldurma məntəqələrində Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini və qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

      Baş naziri:                                                 Ə.Baxşıyev

 

 

15 iyul 2011- ci il

№ 70