NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

 

S Ə R Ə N C A M I

 

1.Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 2011-ci il 18 iyul tarixli 12çıx/83-11 nömrəli və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 2011-ci il 19 iyul tarixli 01/572 nömrəli məktubları nəzərə alınsın.

2.Naxçıvan Muxtar Respublikası Prokurorluğunun balansında olan:

- 2004-cü il istehsal buraxılışlı «NİSSAN MAXİMA» markalı minik avtomobili Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, 2006-cı il istehsal buraxılışlı «NİSSAN MAXİMA» markalı minik avtomobili Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, 2002-ci il istehsal buraxılışlı VAZ-21213 markalı minik avtomobili Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin balansına əvəzsiz olaraq mövcud qaydalar əsasında verilsin;

- 2002-ci il istehsal buraxılışlı 1 ədəd «VAZ-21213» markalı, 2002-ci il istehsal buraxılışlı 3 ədəd «QAZ-3110-101» markalı və 2004-cü il istehsal buraxılışlı 1 ədəd «QAZ-31105-120» markalı minik avtomobili istismar üçün yararsız olduğundan mövcud qaydalar əsasında balansdan silinsin.

3.Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin balansında olan 2005-ci il buraxılışlı «QAZ-31105-120» markalı minik avtomobili əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş İdarəsinin balansına verilsin.

4.Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş İdarəsinin balansında istismar üçün yararsız olan 1999-cu il istehsal buraxılışlı QAZ-3102 markalı minik avtomobili mövcud qaydalar əsasında balansdan silinsin.

 

Naxçıvan Muxtar Respublikasının

               Baş naziri:                                                             Ə.Baxşıyev

 

 

15 dekabr 2011-ci il

 

№ 98s