NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
S Ə R Ə N C A M I
1. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 2011-ci il 11 noyabr tarixli 01/837 nömrəli, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 2011-ci il 4 noyabr tarixli 46 nömrəli məktubları nəzərə alınsın.
2. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə məxsus istismar üçün yararsız 1988-ci il istehsal buraxılışlı, QAZ-2411 markalı 70AA123 dövlət nömrə nişanlı və 2000-ci il istehsal buraxılışlı, QAZ-3110 markalı 85 AA 075 dövlət nömrə nişanlı minik avtomobilləri mövcud qaydalar əsasında komitənin balansından silinsin.
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
11 noyabr 2011-ci il
№ 87s