NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
S Ə R Ə N C A M I
1. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 2011-ci il 29 iyul tarixli 13/900 nömrəli və Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 2011-ci il 22 avqust tarixli 01/649 nömrəli məktubları nəzərə alınsın.
2. Hərbi Prokurorluğun balansında istifadə edilməsinə ehtiyac olunmayan 2005-ci il buraxılışlı «QAZ-31105-120» markalı və 2002-ci il buraxılışlı «VAZ-21213» markalı nəqliyyat vasitələri mövcud qaydalar əsasında özəlləşdirilərək satılsın, satışından əldə edilən vəsait ehtiyat hissələri alınması məqsədi ilə prokurorluğun büdcədənkənar vəsaitlər üzrə xüsusi hesabına köçürülsün.
Naxçıvan Muxtar Respublikasının
Baş naziri: Ə.Baxşıyev
24 avqust 2011-ci il
№ 67s