Naxçıvan Beynəlxalq Hava Limanı işçilərinin

əməkhaqlarının tənzimlənməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

SƏRƏNCAMI

 

1. Naxçıvan Beynəlxalq Hava Limanı işçilərinin əməkhaqları Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq hava limanları işçilərinin əməkhaqlarına uyğunlaşdırılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2011-ci il fevralın 1-dən qüvvəyə minir.

         

       

        Naxçıvan Muxtar Respublikası                                             

                 Ali Məclisinin Sədri                                                         Vasİf Talıbov

 

       

        Naxçıvan şəhəri, 14 fevral 2011-ci il

        № 10-04/S