Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına

və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANI

 

 

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 07 yanvar tarixli 55-I nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.31-ci bəndində “ixtisalarının artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə, 5.32-ci bəndində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 22 may tarixli 61-I nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda “ümumtəhsil, internat, orta-ixtisas məktəblərinin müəllimlərinə və tərbiyəçilərinə, məktəbəqədər uşaq müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, uşaq evlərinin tərbiyəçilərinə və xalq təhsili” sözləri “məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, ilk-peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil” sözləri ilə əvəz edilsin;

2.2. on üçüncü abzasda “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 16 iyul tarixli 32-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

3.1. 3.1.29-cu bənddə “tədris müəssisələrində kadrların hazırlanması, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması” sözləri “təhsil müəssisələrində kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini” sözləri ilə, 4.1.16-cı bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin; 

3.2. aşağıdakı məzmunda 3.1.31-1-ci bənd əlavə edilsin:

“3.1.31-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;”.

4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 10 avqust tarixli 33-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 9.22-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə, 11.25-ci bəndində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin. 

5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 19 sentyabr tarixli 34-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin 10.39-cu bəndində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

6. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 01 oktyabr tarixli 39-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.82-ci bəndində “ixtisasının artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə əvəz edilsin. 

7. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 12 fevral tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 10-cu bənddə “ali məktəblərin” sözləri “ali təhsil müəssisələrinin” sözləri ilə, 11-ci bənddə “ali məktəblərdə” sözləri “ali təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;

7.2. 37-ci bənddə “aspirantura” sözü “dissertantlıq” sözü ilə əvəz edilsin.

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 26 fevral tarixli 89-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 4.6-cı bəndində “təkmilləşdirilməsinə” sözü “əlavə təhsilinə” sözləri ilə əvəz edilsin.

9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 fevral tarixli 90-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 7.4-cü bəndində “ixtisas səviyyələrini artırmaq” sözləri və 8.2-ci bəndində “ixtisas səviyyəsini artırmaq” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 01 mart tarixli 93-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsi haqqında Əsasnamə”nin 6-1.5-ci, 7.9-5-ci və 7.10-cu bəndlərində “dini tədris” sözləri müvafiq olaraq “dini təhsil” sözləri ilə əvəz edilsin. 

11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 oktyabr tarixli 107-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi haqqında Əsasnamə”nin 8.20-ci bəndində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 02 yanvar tarixli 117-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 9.12-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 17 aprel tarixli 132-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”nin 8.24-cü bəndində “peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə, 9.42-ci bəndində “xüsusi təhsil” sözləri “xüsusi təyinatlı təhsil” sözləri ilə əvəz edilsin.

14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 23 avqust tarixli 147-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin 10.41-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 

15.1. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin: 

“8.2. təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir;”;

15.2. aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin: 

“8.2-1. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil edir;”;

15.3. 8.3-8.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.3. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir;

8.4. təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir;

8.5. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin edir;

8.6. təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparır;”;

15.4. 8.10-cu bənd aşağıdakı redaksiyada verilsin: 

“8.10. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasında iştirak edir;”;

15.5. aşağıdakı redaksiyada 8.10-1-ci bənd əlavə edilsin:

“8.10-1. tədris planlarını və proqramlarını təsdiq edir;”;

15.6. 8.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.13. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;”;

15.7. 8.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.15. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirir;”;

15.8. aşağıdakı məzmunda 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilsin: 

“8.17-1. məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir;

8.17-2. vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, qanunvericiliyə uyğun olaraq ümumi təhsil müəssisəsində müvafiq dövlət təhsil standartları əsasında tədrisin digər dillərdə aparılmasına razılıq verir;”;

15.9. 8.19-cu bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin; 

15.10. 8.22-ci bənddə “peşə-ixtisas” sözlərindən əvvəl “ilk” sözü əlavə edilsin; 

15.11. 8.23-cü və 8.24-cü bəndlər aşağıdakı redaksiyada verilsin: 

“8.23. bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy verir; 

8.24. dövlət təhsil müəssisələrində pedaqoji şuraların yaradılması və fəaliyyəti ilə bağlı əsasnamələri təsdiq edir;”;

15.12. 8.28-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.28. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirir və onların iş yerləri ilə təmin olunmasını tənzimləyir;”;

15.13. 8.29-cu bənddə “texniki peşə məktəblərinə” sözləri “ilk peşə-ixtisas təhsili müəssisələrinə” sözləri ilə əvəz edilsin;

15.14. 8.30-cu bənddə “, ixtisasının artırılması və yenidən hazırlanması” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilsin;

15.15. 8.31-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.31. müasir təhsil texnologiyalarından istifadə etməklə müxtəlif təhsilalma formalarının tətbiq edilməsinə və inkişafına şərait yaradır;”;

15.16. 8.32-ci bənddə “ixtisasartırmasını və yenidən hazırlanmasını” sözləri “o cümlədən əlavə təhsilini” sözləri ilə əvəz edilsin; 

15.17. 8.33-8.35-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.33. ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasını həyata keçirir;

8.34. dövlət ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini həll edir;

8.35. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq verir;”;

15.18. 8.38-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.38. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir;”; 

15.19. aşağıdakı məzmunda 8.38-1-ci bənd əlavə edilsin:

“8.38-1. azkomplektli dövlət ümumi təhsil müəssisələrinin mövcud normativlərdən üstün maliyyələşdirilməsi məsələsini həll edir;”;

15.20. 9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.2. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;”;

15.21. 9.4-cü bənd çıxarılsın.

16. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 noyabr tarixli 2-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə”nin 8.15-ci bəndində “onların ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

17. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli 22-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

17.1. 8.7-ci bənddə hər iki halda “hüquqi şəxslərin” sözlərindən sonra “, habelə təhsil müəssisələrinin” sözləri əlavə edilsin;

17.2. 8.16-cı və 9.35-ci bəndlərdə “ixtisaslarının” və “ixtisasının artırılmasını” sözləri “əlavə təhsilini” sözləri ilə əvəz edilsin;

17.3. 9.11-ci və 9.12-ci bəndlərdə “hüquqi şəxslərin” sözlərindən sonra “, habelə təhsil müəssisələrinin” sözləri əlavə edilsin;

17.4. 9.49-cu bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin;

17.5. 10.23-cü bənddə “xüsusi” sözü “xüsusi təyinatlı” sözləri ilə əvəz edilsin.

18. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 26 aprel tarixli 23-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 8.13-cü bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə, 8.24-cü bəndində “tədris müəssisələrində və məktəbəqədər tərbiyə” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin.

19. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 05 may tarixli 25-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

19.1. 8.14-cü bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin;

19.2. aşağıdakı məzmunda 8.35-1-ci bənd əlavə edilsin:

“8.35-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;”.

20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.60-cı bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 03 iyul tarixli 36-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

21.1. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;”;

21.2. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin: 

8.13-1. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;”;

21.3. 9.3-cü bənddə “məktəbəqədər uşaq” sözləri “məktəbəqədər təhsil” sözləri ilə əvəz edilsin;

21.4. 9.8-ci bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin, “, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək” sözləri çıxarılsın.

22. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 18 avqust tarixli 42-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi haqqında Əsasnamə”nin 8.23-cü bəndində “ixtisasın artırılmasında” sözləri “əlavə təhsilində” sözləri ilə əvəz edilsin, 9.12-ci bənd çıxarılsın.

23. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli 67-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”nin 9.27-ci bəndində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

24. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli 67-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi haqqında Əsasnamə”nin 8.43-cü bəndində “onların təkmilləşdirilməsi, ixtisaslarının artırılması” sözləri “kadrların əlavə təhsili” sözləri ilə, 9.17-ci bəndində “, təkmilləşdirilməsi və ixtisaslarının artırılması” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

25. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.28-1-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

26. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 14 dekabr tarixli 103-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.39-cu bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

27. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

27.1. 2-ci bənddə “ixtisas hazırlığının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin;

27.2. 9.4-cü və 10.5-ci bəndlərdə “, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilsin;

27.3. 9.6-3-cü bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

28. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 20 fevral tarixli 155-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.49-cu bəndində “yenidən hazırlanması və ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

29. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 17 aprel tarixli 161-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamə”nin 8.16-cı bəndində “peşə, kadr və xüsusi hazırlığını, onların təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını” sözləri “kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini” sözləri ilə, 9.10-cu bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin: 

30.1. 8.21-ci və 8.25-ci bəndlərdə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin;

30.2. aşağıdakı məzmunda 8.21-1-ci bənd əlavə edilsin: 

“8.21-1. təhsil sahəsində statistik məlumat sisteminin yaradılmasını təmin etmək;”.

31. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 sentyabr tarixli 174-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 9.5-ci bəndi çıxarılsın və həmin Əsasnaməyə aşağıdakı məzmunda 8.44-1-ci bənd əlavə edilsin:

“8.44-1. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”.

32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu haqqında Əsasnamə”nin 2.2.10-cu bəndində “ixtisaslarının artırılmasına” sözləri “əlavə təhsilinə” sözləri ilə əvəz edilsin.

33. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli 200-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.34-cü bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin. 

34. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 09 iyun tarixli 201-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi haqqında Əsasnamə”nin 8.38-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin, 9.5-ci bəndində “müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək,” sözləri çıxarılsın.

35. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 06 yanvar tarixli 7-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin, 9.22-ci bəndi çıxarılsın.

36. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli 169-03/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin: 

36.1. 1.2.8-ci bəndin üçüncü abzasının birinci cümləsində “ali məktəblərində” sözləri “ali təhsil müəssisələrində” sözləri ilə, “orta ixtisas məktəblərində” sözləri “orta ixtisas təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin;

36.2. 5.12.14-cü yarımbənddə “ixtisasartırma ilə” sözləri “əlavə təhsillə” sözləri ilə əvəz edilsin; 

36.3. 5.12.15-ci yarımbənddə “Peşə təhsili” sözləri “İlk peşə-ixtisas təhsili” sözləri ilə, “məktəblərinin” sözü “müəssisələrinin” sözü ilə əvəz edilsin.

37. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

       Ali Məclisinin Sədri                                      VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 28 fevral 2011-ci il

№ 10-IV FR