Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollegiyasının tərkibinin təsdiq

 edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərman və sərəncamlarına

 dəyişikliklər və əlavələr edilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANI

 

1. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollegiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 11 yanvar tarixli 111-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollegiyasının tərkibi”ndən 4-cü və 7-ci bəndlər çıxarılsın, 5-ci və 6-cı bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilsin.

3.“Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 24 fevral tarixli 22-01/S nömrəli Sərəncamının 2-ci bəndindən altıncı-yeddinci və doqquzuncu-on üçüncü abzaslar çıxarılsın, səkkizinci abzas müvafiq olaraq altıncı abzas hesab edilsin.

4.“Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 14 fevral tarixli 96-01/S nömrəli Sərəncamının 1-ci bəndində:

4.1.“7 (yeddi)” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

4.2. altıncı və yeddinci abzaslar çıxarılsın, səkkizinci abzas müvafiq olaraq altıncı abzas hesab edilsin;

4.3. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilati-İnspektor Şöbəsinin rəisi” sözləri “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilati-inspektor idarəsinin rəisi”sözləri ilə əvəz edilsin.

5. “Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 fevral tarixli 179-01/S nömrəli Sərəncamının 1-ci bəndində:

5.1. “7 (yeddi)” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

5.2. altıncı-səkkizinci abzaslar çıxarılsın;

5.3. “İnspektorluğun rəisi” sözlərindən əvvəl “Əks-kəşfiyyat idarəsinin rəisi” sözləri əlavə edilsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

      Ali Məclisinin Sədri                                                                          VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 18 fevral 2011-ci il

№ 8-IV FR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2011-ci il 18 fevral tarixli 8-IV FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə

Hallar Nazirliyinin kollegiyasının

 

T Ə R K İ B İ

 

 

Kollegiyanın sədri:

 

            Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri

 

Kollegiyanın üzvləri:

 

            Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini

            Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsinin rəisi

            Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat şöbəsinin rəisi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi