Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının

strukturlarının təsdiq edilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

FƏRMANI

 

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına  dəyişikliklər və əlavələr edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 01 dekabr tarixli 142-III FR nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə I).

2. “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə II).

3. “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə III).

4. “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə IV).

5. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə V).

6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə VI).

7. “Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə VII).

8. “Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur - Əlavə VIII).

9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

9.1. bu Fərmanın 1-8-ci bəndlərində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

       Ali Məclisinin Sədri                                            VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  22 iyul  2010- cu il

№ 209- III FR

 

 

Əlavə I

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin

 

STRUKTURU

           

1. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı (şöbələr və sektorlar)

 

2. Hidrometeorologiya İdarəsi

 

3. Meşə Təsərrüfatı İdarəsi

 

Əlavə II

   

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin

 

STRUKTURU

           

1. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparatı (şöbələr və sektorlar)

 

2. Dövlət Texniki Nəzarət Müfəttişliyi

 

Əlavə III

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası Rabitə və

İnformasiya Texnologiyaları Nazirliyinin

 

STRUKTURU

 

Naxçıvan Muxtar Respublikası Rabitə  və İnformasiya Texnologiyaları Nazirliyinin aparatı (şöbələr və sektorlar)

 

 

Əlavə IV

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət

Torpaq və Xəritəçəkmə Komitəsinin

 

STRUKTURU

 

1. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparatı (şöbələr və sektorlar)

 

2. Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli bölmələri (rayon və şəhər şöbələri)

 

 

Əlavə V

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun

 

STRUKTURU

           

1. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı (şöbələr və sektorlar)

 

2. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri (rayon və şəhər şöbələri)

 

 

Əlavə VI

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın

 

STRUKTURU

           

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparatı (şöbələr və sektorlar)

 

 

 

 

Əlavə VII

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası

Dini Qurumlarla İş üzrə İdarəsinin

 

STRUKTURU

 

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin aparatı

 

 

 

Əlavə VIII

 

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi

Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

Naxçıvan Muxtar Respublikası

Arxiv İdarəsinin

 

STRUKTURU

 

            Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin aparatı