2004-cü ildə Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafının yekunları haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN

QƏRARI

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. «2004-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisinin məlumatı nəzərə alınsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər, rayon icra hakimiyyətlərinə, aid nazirliklərə və dövlət komitələrinə tapşırılsın ki, məruzədə qeyd olunan tənqidi qeydlərin, nöqsanların, çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər görsünlər və nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mütəmadi məlumat versinlər.

3. Qərarın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının müvafiq şöbələrinə həvalə edilsin.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 03 yanvar 2005- ci il.

 

№  39- II QR