Sədərək rayonunun inzibati-ərazi bölgüsündə

qismən  dəyişiklik  edilib  yeni  "Heydərabad"

qəsəbəsinin və qəsəbə icra nümayəndəliyinin

yaradılması haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN

QƏRARI

 

Sədərək rayonunun Sədərək kəndindən Heydərabad adlı yaşayış sahəsinin ayrılıb yeni "Heydərabad" qəsəbəsinin və həmin qəsəbədə icra nümayəndəliyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 mart 2000-ci il tarixli 1\136 saylı təqdimatını nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən "Heydərabad" yaşayış sahəsi ayrılaraq mərkəzi "Heydərabad" qəsəbəsi olmaqla yeni "Heydərabad" qəsəbəsi və həmin qəsəbədə icra nümayəndəliyi yaradılsın.

2. Qərarın icrası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Sədərək rayon icra hakimiyyətinə tapşırılsın.

3. Qərar məlumat üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

Naxçıvanşəhəri, 23 mart 2000- ci il.

 

№  95 - I