Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının

 Statusu haqqında Naxçıvan Muxtar Respublikası

Qanununun təsdiq edilməsi haqqında

NAXÇIVAN MUXTAR RESPUBLİKA ALİ MƏCLİSİNİN

QƏRARI

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən öz işini təşkil etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. «Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının Statusu haqqında» Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri,  11 mart 1997- ci il.

 

№  65- I