Naxçıvan Muxtar Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin yaradılması
haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Naxçıvan Hidrometeorologiya İdarəsi və Naxçıvan Muxtar Respublikası Meşə Təsərrüfatı İdarəsi ləğv edilsin.

2. Ləğv olunan Naxçıvan Muxtar Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Naxçıvan Hidrometeorologiya İdarəsinin və Naxçıvan  Muxtar Respublikası Meşə Təsərrüfatı İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılsın.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

-Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

-Bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 25 may  2001- ci il.

 17-II FR