Naxçıvan Muxtar Respublikasının «Arazboyu» Dövlət
Təbiət Yasaqlığının yaradılması
haqqında
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikasının Arazboyu ərazisində ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanması, muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilən 9118 hektarlıq sahəsində «Arazboyu» Dövlət Təbiət Yasaqlığı yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
- «Arazboyu» Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
- bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri: VASİF TALIBOV
Naxçıvan şəhəri, 23 sentyabr 2005-ci il
№ 212- 01/S