“Razılaşdırılmışdır” |
“Təsdiq
edilmişdir” |
Naxçıvan
Muxtar Respublikası |
Naxçıvan
Muxtar Respublikası |
Əmək
və Əhalinin Sosial |
Səhiyyə
Nazirliyi |
Müdafiəsi
Nazirliyi |
Əmr ¹ 45 |
22 fevral 2012-ci il |
21 fevral 2012-ci
il |
Nazir: C. Səfərov |
Nazir: N.Novruzov. |
TİBB
İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ
Q A Y D A L A R I
1.Ümumi müddəalar
1. Bu
Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublıkasının büdcədən malıyyələşdirilən
səhiyyə işçilərinin əməyinin ödənilməsi
sisteminin növlərinin və məbləğinin təsdiq
edilməsi haqqında” 09.01.2004-cü il tarixli 2 nömrəli
qərarına uyğun olaraq hazırlanmış büdcədən
maliyyələşdirilən səhiyyə müəssisə,
idarə və təşkilatlarında tibbi xidmət sahəsində
yüksək iş təcrübəsi ilə fərqlənən
rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb
olunan), həkim, provizor və orta tibb heyəti vəzifələrində
çalışan işçilərinə (bundan sonra ismin
müvafiq halında “tibb işçiləri” adlandırılacaq)
ixtisas dərəcəsinin verilməsi qaydalarını müəyyən
edir.
1.2.Tibbi
xidmət sahəsində yüksək iş təcrübəsi
peşəkarlıq səviyyəsi ilə fərqlənən
tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi
verilir.Tibb işçilərinə ixtisas dərəcəsinin
verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxslərin (işçilərin)
sertifikasiyasının nəticələrinə uyğun olaraq
müəyyən edilir.
2. İxtisas dərəcəsinin
verilməsinə qoyulan tələblər
2.1. Səhiyyə
müəssisələrində çalışan və
ixtisas üzrə əmək stajı beş ildən az olmayan
ali və orta təhsilli tibb işçiləri
ardıcıllıqla (ikinci, birinci, ali ) ixtisas dərəcəsini
almaq hüququna malikdirlər.
2.2.İxtisas
dərəcəsini almaq üçün tibb işçiləri
sertifikasiyaya təqdim etdikləri sənədlər ilə
yanaşı müəssisənin möhürü və rəhbərin
imzası ilə təsdiq edilmiş ixtisası üzrə 5
illik fəaliyyəti haqqında hesabatı və xasiyyətnaməni
təqdim etməlidir.
2.3. Tibb işçilərinə ixtisas
dərəcəsinin verilməsi haqqında qərar
Naxçıvan Muxtar Respublikasının Səhiyyə
Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən tibb
ışçilərinə sertifikasiyasının müsahibəsini
aparan İxtisas Komissiyalarının rəyi əsasında qəbul
edilir.
2.4.
İxtisas Komissiyasının üzvləri tərəfindən
praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə
məşğul olmaq üçün sertifikasiyadan keçən
tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi
məqsədilə səhiyyə mütəxəssisinin
beş il ərzində ixtisası üzrə fəaliyyəti
barədə hesabatı ilə tanış olaraq onların
ixtisasına aid praktiki bilik səviyyəsinin və peşə
vərdişlərini müəyyən edən suallar verilir.
2.5.Tibb
işçilərinə ixtisas dərəcəsinin verilməsi
barədə İxtisas Komissiyası tərəfindən rəy
hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin
təsdiq və ya dəyişdirilməsi barədə Nazirlik
qarşısında vəsatət qaldırılır.
2.6.
İxtisas dərəcələrinin verilməsi
aşağıda qeyd olunan meyarlara əsasən müəyyən
edilir.
-II
ixtisas dərəcə: ixtisası üzrə 5 il stajı
olan tutduğu vəzifədə ixtisası üzrə sərbəst
fəaliyyət göstərən mütəxəssis kimi
iş yerindən müsbət xarakterizə olunan:
-I
ixtisas dərəcə: ixtisası üzrə 10 ildən
artıq stajı olan ixtisası üzrə sərbəst fəaliyyət
göstərən ixtisasına aid müxtəlif tədbirlərdə
iştirak edən mütəxəssis kimi iş yerindən
müsbət xarakterizə olunan:
-Ali dərəcə:
ixtisası 15 ildən artıq stajı olan ixtisasına
uyğun yüksək ixtisaslaşdırılmış tibbi
xidmət göstərməyə bacarığı olan, elmi -
praktik konfranslarda iştirak edən mütəxəssis kimi
iş yerindən müsbət xarakterizə olunan:
İxtisas
Komissiyası tərəfindən namizədin tibbi fəlsəfə
doktoru və ya tibb elmlər doktoru elmi dərəcəsi
olması, rezidenturanın bitirilməsi, elmi məqalələrin
dərc edilməsi nəzərə alınır.
2.7.
İxtisas Komissiyaları tərəfindən verilən rəy
müvafiq formada (əlavə 1) hazırlanır və
komissiyanın sədri, katibi və üzvləri tərəfindən
imzalanır və təsdiq üçün Nazirliyə təqdim
olunur.Nazirliyin əmri ilə bir həftə ərzində tibb
işçisinə müvafiq formada ixtisas dərəcəsi
barədə Şəhadətnamə (əlavə 2) verilir.
2.8.Tibb
işçilərinə ixtisas dərəcəsi beş il
müddətinə verilir.
3. İxtisas dərəcəsinə
görə əlavə haqq
3.1.
İxtisas dərəcəsi olan tibb işçisinə hər
ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:
- ali
ixtisas dərəcəsinə görə – vəzifə
maaşının 25 faizi miqdarında
-
birinci ixtisas dərəcəsinə görə – vəzifə
maaşının 15 faizi miqdarında
-ikinci
ixtisas dərəcəsinə görə – vəzifə
maaşının 10 faizi miqdarında
3.2.
İxtisas dərəcəsinə görə əlavə haqq
ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən
asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə
olduğu müddətdə (sonuncu ay tam nəzərə
alınmaqla) ixtisas dərəcəsinin alındığı
növbəti aydan başlayaraq ödənilır.
3.3. İş yerini dəyişən
tibb işçisinin ixtisas dərəcəsi
saxlanılır.
4.Yekun müddəalar
4.1.
İxtisas dərəcəsinin verilməsi ilə əlaqədar
mübahisəli məsələlər qanunvericiliyə
müvafiq qaydada məhkəmədə baxılır.